Avropada təhlükəli vulkan oyanıb

0
369

İslandiyanın Reykyanes yarımadasında Faqradalsfyadl vulkanının püskürməsi başlayıb. Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, püskürmə zamanı 100 metrlik lavanın yayılması nəticəsində ərazidə 500-750 metr uzunluğunda çat əmələ gəlib. Yarımada üzərindən uçuş həyata keçirəcək aviasiya vasitələri üçün qırmızı hədd elan edilib. Keblavk beynəlxalq aeroportundan həyata keçirilən bütün reyslər isə təxirə salınıb.

Qeyd edək ki, axırıncı dəfə sözügedən yarımadada vulkan püskürməsi 800 il əvvəl baş verib.