Avropada qaz fyuçerslərinin qiymətləri min kubmetr üçün 1 000 ABŞ dollarından aşağı düşüb. Bunu Londonun ICE birjasının məlumatları təsdqiləyir.
Qiymət ticarətin bağlanışına qədər demək olar ki, 14 faiz ucuzlaşıb.
Ticarətin açılışında Niderlandın TTF indeksi üzrə fyuçerslərin qiyməti təxminən 1 200 ABŞ dolları olub.
Bağlanış qiyməti isə 983 ABŞ dolları təşkil edib ki, bu da məzənnə fərqi nəzərə alınmaqla bir gün əvvəlki 13,6 faiz aşağıdır.