Avropada təbii qaz ucuzlaşıb

0
248

Avropada təbii qazın qiyməti təxminən 14 faiz azalaraq bir meqavat/saat üçün 123 avroya düşüb.

Buna səbəb Rusiyanın “Gazprom” şirkətinin Yamal-Avropa kəmərində təbii qazın ötürülmə həcmini artırmasıdır. Belə ki, Yamal-Avropa boru kəmərinin Almaniyada yerləşən sonuncu kompressor stansiyası “Mallnow”da 30 faizlik ötürücülük həcmi tenderlərlə “Gazprom” tərəfindən saxlanılıb.

Lakin “Gazprom”un boru kəmərində daşınma həcmi üçün aylıq deyil, gündəlik sifarişlər verməsi qaz şirkətlərinin treyderlərini qiymətin yenidən yüksələcəyi ilə bağlı düşündürür.