Avropada qızılcaya yoluxma halları artır

0
46

İsveçdə son dərəcə yoluxucu, bəzi hallarda isə həyati təhlükəsi olan qızılcaya yoluxma hallarının sayı artmaqdadır və ilin birinci yarısında 2019-2023-cü illər ilə müqayisədə daha çox xəstəlik qeydə alınıb.

Kalmar regionu on il ərzində burada qızılca xəstəliyinə ilk iki yoluxma halının qeydə alındığını bildirib.

İctimai Səhiyyə Agentliyinin statistik məlumatına görə, bu ilin iyul ayına kimi qızılcaya 21 nəfər yoluxub, ötən il isə bu xəstəliyə 11 yoluxma halı qeydə alınıb.

Böyük Britaniya və bəzi Şərqi Avropa ölkələrində də qızılcaya yoluxma hallarının sayı artıb.