Avropada qazın qiyməti ucuzlaşıb

0
234

Avropada bir gün əvvəl 20% artaraq min kubmetr üçün 1370 dollar olan qazın qiyməti bu gün 1100 dollara düşüb.

Bu barədə Londondakı ICE birjasının məlumatında deyilir.

Bildirilir ki, TTF indeksi üzrə may fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında 1140 dollar olub, bir neçə dəqiqə sonra isə min kubmetr üçün minimum həddə – 1085 dollara düşüb.

İndiyədək qiymətin maksimal qiyməti bu gün 1150,8 dollar təşkil edir, lakin bu, bir gün əvvəl təxmin edilən qiymətdən (min kubmetr üçün 1177,4 dollar) aşağıdır.

Qeyd edək ki, ötən gün qiymətlərin kəskin artması Rusiyanın rublla ödənişdən imtina edən Polşa və Bolqarıstana qaz ixracını dayandırması ilə bağlı olub.