Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

0
374

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri aşkar edilib.

Mütəxəssislər çoxlu sayda yoluxmanın Avstriyanın İşql dağ-xizək kurortundan qaynaqlandığını ehtimal edir.

Qeyd olunur ki, koronavirusa yoluxmuş Almaniya, Norveç, İsveç və Danimarka vətəndaşlarının əksəriyyəti bu kurortda istirahət ediblər.

İşql kurortu fəaliyyətini ötən həftə sonu dayandırıb.