Avropada koronavirusa görə turizmi ən çox zərər çəkəcək dövlətlər məlum oldu

0
301

Avropa İttifaqı (Aİ) iqtisadiyyatı xilas etmək üçün turistlər üçün sərhədləri açmağa hazırlaşır.

Koronavirus pandemiyası Avropanın turizm sənayesinə ciddi ziyan vuracaq.

Mayın 13-ü, çərşənbə günü Avropa Komissiyası Aİ-yə üzv dövlətlərin “eyni risk profilləri” ilə sərhədlərini açmaq üçün üç addımlı bir yanaşma tövsiyə edə bilər.

Belə ki, Avropa ölkələrinə koronavirusun oxşar risk xüsusiyyətlərinə malik olan dövlətlərlə sərhədlərini açılması tövsiyə oluna bilər. Bu qərar turizm sektoruna kömək məqsədi daşıyır.

Aİ-nin bəzi ölkələrin öz aralarında danışıqlar apardığı “turizm dəhlizlərinə” təsir edib-etməyəcəyi hələ məlum deyil.

Koronavirusun iqtisadi fəaliyyətin 10% -ni təşkil edən Avropa turizm sənayesinə, xüsusilə, İtaliya, İspaniya, Xorvatiya və Yunanıstana daha çox zərər verəcəyi gözlənilir.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ümumdünya Turizm Təşkilatı dünyada turist sayının 2020-ci ildə 20-30% azalacağını, qlobal zərərin 450 milyard dollara çatacağını bildirib.

Avropa Komissiyası Aİ-nin iqtisadiyyatının bərpası baxımından turizmə üstünlük verəcəyini vəd edib.