Avropada koronanın yeni dalğası başladı – ÜST

0
725

Avropada bu həftə son aylarda ilk dəfə olaraq yeni növ koronavirusa yoluxma halında artım qeydə alınıb.

Bu barədə ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüqe məlumat yayıb.

H.Klüqenin Yutubda yayılan video-müraciətində bu arzulanmaz dinamikanın Avropanın 30 ölkəsində yaşandığı qeyd edilib. Bildirilib ki, 11 ölkədə virusun daha sürətlə yayılması müşahidə edilir.

“Əgər qarşısı alınmasa, bu Avropa ölkələrinin səhiyyə sistemi bir daha ağır zərbə alacaq”, – o deyib.

Klüqe qeyd edib ki, pandemiya ölkələrin məhdudiyyətləri ləğv etməsi ilə yenidən alovlana bilər.

“Avropanın bəzi ölkələrində bu təhlükə artıq realdır”.

Onun sözlərinə görə, avropalılar sosial məsafə saxlamaqda və tibbi maska taxmaqda daha məsuliyyətli olublar.