Avropada həyəcan təbili – Flora məhv ola bilər

0
460

Qlobal istiləşmə Avropada bitkilərin genetik müxtəlifliyinə təhlükə törədir: onların heç də hamısı uyğunlaşa və salamat qala bilməyəcək. Maks Plank Cəmiyyətinin İnkişafın Biologiyası İnstitutunun əməkdaşlarının başçılıq etdiyi beynəlxalq komanda bu qənaətə gəlib. Onların işi barədə “Science Daily” bəhs edir.
Mütəxəssislər kələmkimilər fəsiləsindən olan “Arabidopsis thaliana” bitkisinin populyasiyasının populyar model orqanizmini Avropanın 500 nöqtəsində öyrəniblər. Alimlər ayrı-ayrı bitkilərin genetik variantlarının onların isti və quraqlığın öhdəsindən gəlməsinə necə kömək göstərməsinə xüsusi diqqət ayırıblar. Sonra növün genetik müxtəlifliyi barədə məlumatları 2050-ci ildə Avropanın iqliminin təsvirini göstərən iqlim modelləri ilə müqayisə ediblər.
Alimlər belə qənaətə gəliblər ki, temperaturun artması və yağıntıların azalması ölçüsünə görə xüsusilə Aralıq dənizi və Şimal dənizi arasındakı regionda “Arabidopsis thaliana”nın bir çox populyasiyası yox olacaq.
Onların arasında yalnız yeni şəraitdə mövcud üçün zəruri genlərin yayıldığı bitkilər salamat qala bilər. Belə mutasiyalar Mərkəzi Avropadan olan nümunələrdə artıq əmələ gəlib.
Alimlər, bütövlükdə “Arabidopsis thaliana”nın genetik müxtəlifliyinin ciddi şəkildə azalmasını proqnozlaşdırırlar. Avropanın digər bitkilərini də analoji tale gözləyə bilər. Alimlər ümid edirlər ki, yeni genetik tədqiqat daha çox məhvolma riskinə malik populyasiyaların üzə çıxarılmasına və onların dəstəklənməsi üçün tədbirlərin görülməsinə kömək olacaq.
Avropadakı bitkilərin uyğunlaşmaq üçün vaxtı getdikcə azalır. İqlimşünasların məlumatına görə, qitə rekord temperaturla istilənir ki, bu da bütün mövcud modellər çərçivəsindən kənara çıxır. Bütün 70 il ərzində ekstremal isti günlərin sayı Avropada üç dəfə artıb