Avropada dərman qıtlığı ELAN EDİLDİ

0
186

Yunanıstan parlamentinin deputatı Maria Spiraki Avropada dərman qıtlığını elan edib.

Bu barədə RT Spirakinin Avropa Komissiyasına (AK) müraciətinə istinadla yazır.

Onun sözlərinə görə, bu vəziyyət Çin və Hindistandan lazımi xammalın istehsalı və tədarükündə fasilələr və ya onların azalması ilə bağlıdır. Deputat vurğulayıb ki, hazırkı vəziyyət regiona yeni qrip dalğasının gözləniləndən tez gəlməsi ilə mürəkkəbləşib.

“Əvvəllər ucuz olan dərman vasitələrinin qiymətlərinin artırılması qlobal qıtlıqla mübarizənin mümkün vasitəsi kimi nəzərdən keçirilir, bir şərtlə ki, belə bir tədbirin əsas yükü xəstələrin üzərinə düşməsin”, – deputat qeyd edib.

Spiraki Aİ-dən bu problemin həlli üçün hansı təxirəsalınmaz tədbirlərin görüləcəyini də soruşub.