Avropada ən bahalı kirayə mənzillər hansı şəhərlərdədir?

0
494

Valletta (ayda təxminən 942 funt sterlinq), Vilnüs və Varşava ən bahalı kirayə evləri olan Avropa şəhərləridir.

Mütəxəssislər eyni zamanda, Kopenhagen, Stokholm və Afinanın da adlarını çəkirlər. Kirayələrdə ən çox nəzərə çarpan eniş Budapeştdə və Praqada müşahidə olunub.

Əvvəlcə mənzil qiymətlərinin artması bu şəhərlərdə daşınmaz əmlaka olan yüksək tələbatla əlaqələndirildi. Lakin koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərdən sonra qiymətlər tədricən öz əvvəlki səviyyəsinə qayıtmağa başladı.

Mütəxəssislər qeyd edir ki, hazırkı qiymətlər səyahət üçün əlverişlidir.