Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul etdi

0
111

Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, – qətnamədə deyilir.