Avropa Oyunlarının qalibinə polisdə vəzifə verildi

0
298

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Polis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanan əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.

Əldə etdiyimiz məlumata görə, 28 yaşlı idmançı karyerasının sonlarını yaşadığından, gələcəyini fikirləşmək üçün hüquq-mühafizə orqanlarında çalışmaq istəyib. Bu səbəbdən də o, Daxili İşlər Nazirliyinə işlə təmin olunması üçün müraciət edib. Sözügedən qurum isə idmançının nailiyyətlərini nəzərə alaraq, onu işlə təmin edib.

Qeyd edək ki, F.Fərzəliyev I Avropa Oyunlarının qızıl, II Avropa Oyunlarının gümüş medalçısıdır. O, Tokio Olimpiadasında iştirak edən 3 karateçimizdən biri olub.