Avropa Liqası: “Qalatasaray” “Barselona”ya rəqib oldu

0
307

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Püşkün nəticəsini təqdim edirik:

Avropa Liqası

1/8 final mərhələsi

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leyptsiq” (Almaniya) – “Spartak” (Moskva, Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.