Avropa Liqası: “Barselona” “Ayntraxt”la, “Lion” “Vest Hem”lə heç-heçə edib – YENİLƏNİB

0
212

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Son üç görüşdə iki heç-heçə, bir qələbə qeydə alınıb.

“Barselona” Almaniyada “Ayntraxt”la bərabərə qalıb – 1:1.

İngiltərədə “Vest Hem” və “Lion” arasındakı oyunda da qalib müəyyənləşməyib.

Yeganə qələbəni “Braqa” evdə qazanıb. Meydan sahibləri “Reyncers”i məğlub edib.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

“Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) – 1:1
Qollar:
 Ansqar Knauff, 48 – Ferran Torres, 66

“Vest Hem” (İngiltərə) – “Lion” (Fransa) – 1:1
Qollar:
 Carrod Bouen, 52 – Tanqi Ndombele, 66

“Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 1:0
Qol:
 Abel Ruis, 40

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Açılış oyununda Almaniya “Leypziq”i İtaliya “Atalanta”sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. “Leypziq” (Almaniya) – “Atalanta” (İtaliya) – 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) – Luis Muriel, 17