Avropa Komissiyası yeni sədri müəyyənləşdirə bilmir

0
552

Avropa Şurasının rəhbəri Donald Tusk təşkilatın fövqəladə sammitinin işini dayandırıb.

Buna səbəb Avropa Komissiyasının sədri vəzifəsinə namizədin təsdiqlənməməsidir.

Məlumata əsasən, zirvə toplatısını dayandıran D.Tusk bütün gecəni Avropa liderləri ilə ikitərəfli görüşlər keçirir. Lakin kompromisin hələ də əldə olunmadığı bildirilir.

Toplantı Bakı vaxtı ilə 01:00-da dayandırılıb. D.Tusk digər liderləri holland Frans Timmermansın namizədliyini dəstəkləməyə çağırır. Lakin Polşa, Macarıstan, Çexiya, Slovakiya və İtaliya bu təklifə qarşı çıxır.