Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib

0
139

Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib.

Bunu Kiyevdə keçirilən brifinqdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketinə bir neçə əsas element daxildir.

“Birincisi, biz artıq mövcud olan məhdudiyyətləri dəqiqləşdiririk və idxal qadağası siyahısına daha çox məhsul növləri, xüsusən də üçüncü ölkələrə, sonra isə Rusiyaya gedən ən son texnologiya və ya təyyarə hissələri əlavə edirik. Əgər görsək ki, Avropa malları üçüncü ölkələrə gedir, sonra da Rusiyaya ötürülür, Avropa Komissiyası üzv dövlətlərə bu malların ixracına qarşı sanksiyalar tətbiq etməyi təklif edə bilər.

Digər element Rusiya Federasiyasından və üçüncü ölkələrdən sanksiyaları qəsdən pozan kölgə təşkilatlarına qadağa qoyulmasıdır. Biz Putinin döyüş maşınının qarşısını almaq üçün əlimizdən gələni etməyə davam edirik. Sanksiyalarımız işləyir. Məsələn, biz Rusiyadan idxalımızı təxminən üçdə iki dəfə azaltmışıq. Bu, Rusiyanın gəlirlərinə böyük zərbədir. Biz artıq 10 sanksiya paketi tətbiq etməklə Kremlə ağır hesab ödətmişik. Komissiya 11-ci paket üzrə təklifləri təsdiqləyib ki, bu paket məhdudiyyətlərdən yayınmanın qarşısının alınmasına yönələcək. Biz tərəfdaşlarla, o cümlədən G7 ölkələri ilə bu məsələ üzərində işləyirik”, – deyə Avropa Komissiyasının sədri bildirib.