55 ölkədə müstəqil jurnalist araşdırmaları dərc edən “Free Press Unlimited” (FPU) təşkilatının araşdırması Yunanıstanın Avropa Komissiyasında (AK) necə qorunduğunu açıq şəkildə ortaya qoyub. Jurnalistlərin əzildiyi və öldürüldüyü ölkədəki ağır vəziyyət AK hesabatlarında əksini tapmayıb.
Amsterdamda yerləşən FPU mətbuat təşkilatı Avropa Komissiyasının (AK) 2024-cü il üçün Qanunun Aliliyi Hesabatına daxil edilən Yunanıstanla bağlı şərhlərdə Avropanın yanlış yolda olduğu bildirilib. Yunanıstanda qanunun aliliyi prinsipinin mətbuat işçilərinə və təşkilatlarına tətbiq edilmədiyini iddia edən təşkilatın bəyanatını Avropada yerləşən 14 insan haqları və media təşkilatı da dəstəkləyib. Təşkilat “Yunanıstanda jurnalistlər öldürülür” bəyanatına yer verib və AK-ni tədbir görməyə çağırıb.
FPU-nun bəyanatında Yunanıstandakı media işçilərinin və təşkilatlarının hökumət tərəfindən birbaşa hücum və təzyiq altında olduğu qeyd edilib.
Bəyanatda həmçinin iddia edilib ki, Avropa Komissiyası Yunanıstanla bağlı məlumatları Afinadakı rəsmi qurumlardan alıb. Avropadakı beynəlxalq insan haqları və jurnalist birliklərinin hazırladığı məqalələri tələb etsə də, yekun hesabatda müstəqil bəyanatlara yer verməyib.
FPU-nun bəyanatına aşağıdakı şərh daxil edilib:
“Bir çox qlobal mətbuat təşkilatlarının siyahısında Yunanıstan qanunun aliliyi baxımından Avropanın ən pis ölkələri sırasındadır. Daha maraqlısı odur ki, 2024-cü ilin fevralında Avropa Parlamenti bir qərar dərc edərək ölkədə demokratiya, fundamental hüquqlar və qanunun aliliyinə böyük təhlükələrin olduğunu rəsmən bəyan edib. Bütün bunlara baxmayaraq, Komissiyanın bu böyük hüquqi böhranı həll etmək istəməməsi, hətta digər üzv dövlətlərin də diqqətini cəlb edir”.