Avropa çempionu olmuş gimnast: “Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik”

0
918

“Yarış istədiyimiz keçdi. Rəqib komandaların güclü olmasına baxmayaraq, qalib olacağımıza inanırdıq. Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik və olduq”.

Bunu Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının qızıl medal qazanmış üzvü Ağasif Rəhimov deyib.

“Xallarımız yüksək idi, hər kəsdən çox irəlidə olduq. 2021-ci ildəki Avropa çempionatında cüzi fərqlə ikinci olmağımızdan dərs çıxardaraq maksimum xal topladıq”, – gənc idmançı vurğulayıb.

Xatırladaq ki, Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.