Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.
Bu gün üç güləşçimiz mübarizəyə qoşulacaq. Bunlar dünya və Avropa çempionu Eldəniz Əzizli, son Avropa çempionu Sənan Süleymanov və 2019-cu ildəki analoji turnirin mükafatçısı Taleh Məmmədovdur.
55 kq
1/8 final: Eldəniz Əzizli – Nedyalko Petrov (Bolqarıstan)
63 kq
1/8 final: Taleh Məmmədov – Nikolay Viçev (Bolqarıstan)
77 kq
1/8 final: Sənan Süleymanov – Valtteri Harri Kristian Latvala (Finlandiya)
Qeyd edək ki, bu gün qadın güləşçilərin yarışına yekun vurulacaq. 53 kq çəki dərəcəsində Tatyana Varansova və 65 kq-da İrina Netrebanın bürünc medal qazanmaq şansı var.