
Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.
Turnir 1 – 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.
Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcək. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.
Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiyadır.