Avropa çempionatı: Daha bir qadın güləşçimiz finala çıxdı, iki idmançımızın “bürünc” şansı var

0
222

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə “tuş”la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Bundan əlavə, 65 kq-da mübarizə aparan Elis Manolova 3-cü yer uğrunda təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Buna onun 1/4 finalda uduzduğu rumıniyalı İrina Rinqacinin finala çıxması səbəb olub.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) qızıl, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) isə bürünc medal görüşünə çıxacaqlar.