Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

0
318

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya bilməməsi səbəb olub.