Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

0
239

Azərbaycanın cüdoçusu Elcan Hacıyev Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

81 kq çəki dərəcəsində yer alan Hacıyev yarımfinalda çexiyalı Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Azərbaycanın daha bir cüdoçusu, 73 kq çəkidəki Vüsal Qələndərzadə isə yarımfinalda macarıstanlı Gergeli Adoryani ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.