Avro-2020: Günün ilk oyununda start heyətləri açıqlandı

0
305

Azərbaycanın da ev sahiblərindən biri olduğu Avro-2020-nin oyunları davam edir.

Bu gün daha üç qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İngiltərə Londonda, məşhur “Uembli” stadionunda Xorvatiyanı qəbul edəcək.

Qrupun iki favoritinin qarşılaşacağı oyunda artıq start heyətləri açıqlanıb.

İngiltərə: Pikford; Uolker, Stons, Minqs, Trippyer; Fillips, Rayz; Sterlinq, Maunt, Foden; Keyn.

Xorvatiya: Livakoviç; Vrsalyko, Vida, Kaleta-Kar, Qvardiol; Brozoviç, Kovaçiç, Modriç; Perisiç, Kramariç, Rebiç

Qeyd edək ki, görüş saat 17:00-da start götürəcək.