Avqust ayı üzrə 190 manatlıq ödənişlərin hansı halda veriləcəyi bilindi – RƏSMİ

0
615

“Avqust ayı üzrə 190 manatlıq sosial ödəniş təkrar yoxlama aparıldıqdan sonra insanlara veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu dövrdə kimlərsə yenidən işləyə bilər, əmək müqaviləsi imzalaya bilər, kimlərsə aztəminatlı meyardan çıxa bilər:

“Buna görə meyarlar üzrə təkrar yoxlama aparılacaq və yekun rəqəm bundan sonra açıqlanacaq ki, dördüncü ödəniş nə qədər insanı əhatə edəcək”.

“Sosial ödənişlərin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun keçən il aparılan islahatlar, saxta işlərin ləğvi hesabına ödənilir”, – deyə nazir qeyd edib.