Avokadonun elə faydaları üzə çıxdı ki…

0
17

Avokado sağlam yağların və lifin – həzmi yaxşılaşdıran pəhriz lifinin tam mənbəyi hesab edilə bilər.

Bu barədə amerikalı diyetoloq və kardioloq Stiven Qandri məlumat verib.

O bildirib ki, bu məhsulun istehlakı qidalanma keyfiyyətini yaxşılaşdıra və çəki azalda bilər.

Qandri izah edib ki, avokado sağlam həzmi dəstəkləyən və qida maddələrinin daha yaxşı mənimsənilməsini təşviq edən mono doymamış yağlar və prebiyotik liflə zəngindir:

“Avokadonun müntəzəm istifadəsi nəticəsində özünüzü daha uzun müddət tox hiss edəcəksiniz və artıq yemək istəyin azalacaq. Bu da arıqlamağa kömək edə bilər”.

Həkim Pensilvaniya Dövlət Universitetinin Qidalanma Elmləri Departamentinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaya da istinad edib. Nəticələr göstərib ki, gündə bir avokado yeyən iştirakçıların yemək vərdişləri və ümumi sağlamlıqları yaxşılaşıb.

Bundan əlavə, avokado yüksək olein turşusu tərkibinə görə ürək-damar sistemini dəstəkləyir. Bu meyvə həm də vitaminlər və antioksidantlarla zəngindir.

Kardioloq əlavə edib ki, orta hesabla avokadonun tərkibində təxminən 10 qram lif – həzm və maddələr mübadiləsini normallaşdıran bitki lifləri var.