Autizmli uşaqlar üçün boççe yarışı keçirildi – FOTO

0
354

Azərbaycan Autizm Assosiasiyası (AAA) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində autizmli uşaqlar arasında bir sıra idman yarışları keçirməyi planlayıb.

onlardan ilki bu gün boççe yarışı olub.

Müxtəlif mərkəzlərdən 8 komandanın qatıldığı mübarizədə 50-ə yaxın autizmli uşaq bacarığını nümayiş etdirib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekununda “Alba” birinci, “Osmanlı Yaşam” ikinci, “Loqos” komandası isə üçüncü yeri tutub.

Bundan savayı, AAA aprel ayında autizmli uşaqlar arasında stolüstü tennis, velosiped, atletika və futbol yarışları keçirəcək. Aprelin 28-i isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.