ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu (SƏNƏD)

0
362

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin – STONE’S ENTERPRISES LTD-nin qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumatda deyilir ki, Britaniya Şirkətlər Evi ötən il noyabrın 3-də bununla bağlı Tağı İbrahimova xəbərdarlıq göndərsə də üstündən iki ay keçməsinə baxmayaraq müvafiq sənədlər təqdim olunmayıb. Xəbərdarlıqda bildirilirdi ki, səbəb göstərilmədiyi təqdirdə şirkət yuxarıda göstərilən tarixdən ən azı 2 ay sonra reyestrdən çıxarılacaq və ləğv ediləcək. Bu xəbərdarlıqdan sonra şirkət ləğv edildikdə sahib olduğu və ya etibar etdiyi bütün mülkiyyət və hüquqlar, şirkət “bona vacantia” sayılır və Birləşmiş Krallığın mülkiyyətinə keçir. 
Tağı İbrahimova verilən möhlət başa çatıb və Şİrkətlər Evi tərəfindən bu il yanvarın 19-dan şirkətin fəaliyyətinin rəsmi dayandırılması, mülkiyyətinin İngiltərə xəzinəsinə verilməsi barədə qərar verilib.
STONE’S ENTERPRISES LTD 2019-cu ilin fevralın 1-də təsis edilib. Biznes təsnifatına görə şirkət beton, suvaq və sement məmulatlarının istehsalı, yolların və avtomobil yollarının tikintisi sahəsində fəaliyyət göstərib.