ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib, sizi Allaha həvalə edirəm – Çingiz Abdullayev

0
226

Xalq yazıçısı Çingiz Abdullayev: “ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edir. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi. Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!”