Atom bombasının dağıda bilmədiyi binaları insanlar sökəcək

0
435

Atom bombasının dağıda bilmədiyi binaları insanlar məhv edəcək. 

Yaponiyada Xirosimaya atılan bombaların dağıtmadığı binalar 8.4 milyard yen (130 miyon 770 min AZN) üçün uçurulacaq. Bu binaların uçurulmaması üçün isə hazırda yapon tarixçiləri mübarizə aparır. Bildirək ki, atom bombasına müqavimət göstərən Genbaku günbəzi “Xirosima Sülh Abidəsi” olaraq dünya irsi hesab edilir.

Xatırladaq ki, ABŞ II Dünya Müharibəsinin sonları, yəni 1945-ci ildə Yaponiyanın kapitulyasiyasını sürətləndirmək üçün ora tarixdəki ilk nüvə bombasını atıb. Bu, tarixindəki ilk və yeganə nümunədir ki, nüvə silahı hərbi məqsədlə istifadə edilib. Xirosima və Naqasakiyə düşən atom nəticəsində Xirosimada 140, Naqasakidə isə 70 min insan həlak olub. Bu, tarixə insan qətliamı olaraq düşüb. Hadisədən sonra 4 bina dağılmayıb.

1913-cü ildə inşa edilən və əsgər forması istehsal edən fabrik kimi istifadə olunan binalar müharibə zamanı hətta xəstəxana kimi də işə yarayıb. Binaların bu günə qədər dağılmamasına səbəb inşa edilən zaman gücləndirilmiş beton texnikasından istifadə olunması olub. Zaman keçdikcə bombanın düşdüyü yerdən 2.7 kilometr uzaqlıqda yerləşən binalar turistik yer kimi istifadə edilib. Hazırda isə məsul şəxslər binaların zəlzələyə davamlı olmadığını əsas gətirərək uçurulmalı olduğunu bildirirlər. Bununla bağlı qərar da qəbul edilib. Qərarın qəbul edilməsinə səbəb isə binaların təmiri üçün çox vəsaitin lazım olmasıdır. Bu qərardan sonra dünya irsi siyahısında yer alan qübbə formasındakı “Xirosima Sülh Abidəsi”ndə bərpa işləri gücləndirilib. Lakin digər 3 binanın təmirinə 8.4 milyard yen lazım olub. Qeyd edək ki, sökülməyə sərf olunan maddi vəsait 800 milyon yendir (təxminən 12 milyon 205 min AZN). Onların qorunması üçün hazırda imza kampaniyası başladılıb.