Atası Səlim Müslümovun həbs xəbərindən danışdı

0
438

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Məsələ ilə bağlı açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.