Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb.
Bunu Raisa Atambayeva jurnalistlərə açıqlamasında deyib. O, hansı maddə əsasında ona cinayət işi açılacağını bilmədiyini deyib. Atambayeva hazırda hakimiyyətin onun övladlarına qarşı da təqiblərə başladığını bildirib:
“Seyitbeki hər gün sorğuya çağırırlar. Hətta qədim əsrlərdə belə hökmdarlar uşaqlara toxunmurdular. Jenbekov 22 ildir bizimlədir və indi anlaşılır ki, o bizim dostumuz deyil. Oğlum hakimiyyətin nümayəndələri tərəfindən vəhşicəsinə döyülüb. Ailəmizə qarşı güclü təqib var”.