Qəbələ rayon böyük Pirəlli kənd şəhidi Eyyubov Sarvanın övladının bir yaşı qeyd olundu.
Sarvan öz övladının üzünü görmədi,övladda atasın görmədi. Bu gün onun ad gününə yüzlərlə insan gəlmişdi.
Ad günü Qəbələ Çinar resataranı da qeyd olundu.
Tuncayın ad gününə, Qəbələ rayon icra hakimiyyətinin nümayəndələri, Təhsil şöbəsinin rəhbəri, Ailə və Uşaq təşkilatının rəhbəri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, Şəhid ailələri, qazilər,imam Mehman Şəfiyev, Qəbələ TV,şəhidin ailə üzvləri yaxınları iştirak etdi.
Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vətənpərvərlik ruhunda musiqilər , rəqslər ilə davam etdi.
Şəhid Təbriz Qasımovun qızı Fatimə xanım öz müsiqi hədiyyəsi ilə təbrik etdi.
Tədbirdə qonaqlara çıxış üçün söz verildi.
Sonda Tuncay bir yaşı tamam olması münasibətilə hazırlanmış tort kəsildi.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri