İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun övladları hələ də döyüşür.
Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. Müşfiq Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş. Oğlu Şamil deyir ki, atası lap uşaq yaşlarından onlara silahla davranmağa öyrədib, sanki bu gün üçün döyüşlərə hazırlaşdırıb.