Yeni il bayramı yaxınlaşır. Artıq bir neçə gün sonra 2020-ci ildə olacağıq. Bu bayrama ən çox sevinən, əlbəttə ki, uşaqlardır. Bir çox evlərdə bir ay öncədən onlar üçün “yolka” ağacları bəzədilir.
Lakin bu ailənin başçısı övladlarını sevindirmək üçün dostlarıyla köməkli qurduğu kreativ “şam ağacı” ilə fərqlənib. Bir neçə təbəqədən ibarət “yolkanın” pambıqla örtülmüş hər təbəqəsində fərqli oyuncaqlar düzülüb və nağıllara bənzər möhtəşəm görüntü alınıb.
Bizə isə onun səbr, kreativlik və həvəsinə alqış yağdırmaq qalır.
Həmin gözəlliyin fotolarını təqdim edirik.
Natəvan Baxşiyeva