ATƏT-in sədri Azərbaycana səfərə gəlir

0
367

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfər 15 mart tarixində baş tutacaq.

Linde səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək və Qarabağla bağlı danışıqlar aparacaq. Müzakirələrdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində olacaq.

Ann Linde həmçinin, vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.