Astara rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.
Hadisə Astara-Şahağacı yolunun Kələdəhnə deyilən ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlihüseyn Rafail oğlu Əlizadə “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusu və elektrik dirəyinə çırpılıb.
Sürücü hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.