AŞPA-nın Azərbaycana qarşı qərəzinin səbəbləri: Rusiya şok faktlar açıqladı

0
199

AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti Rusiyanın media-ekspert icmasında da geniş müzakirə olunur. 

Ekspertlər bu qərəzin arxasında bir çox versiyaların dayandığını iddia ediblər.

Rusiya mühitində dolaşan fikirlərdən birinə görə, AŞPA-da kifayət qədər nüfuzlu olan Fransa bütün bu prosesin kuratorudur. Bəzi Avropa solçu partiyaları da Parisə kömək edir. Ermənipərəst mövqeyi ilə seçilən Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ erməniləri ilə bağlı Bakıdan güzəşt almaq istəyir.

İkinci versiya odur ki, Qərb Azərbaycandan tələb edir ki, Rusiya ilə açıq qarşıdurmaya getsin. Kollektiv Qərb Azərbaycanla Rusiya arasında hər hansı anlaşmanın, yaxşı münasibətlərin olmasının qəti əleyhinədir.

Daha bir versiya ondan ibarətdir ki, Qərb nəyin bahasına olursa-olsun, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin onun ərazisində bağlanmasını istəyir.

Qərb İrəvanla Bakının Rusiyanın himayəsi altında sülhə imza atmamasını istəyir. Və buna görə də, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün Bakını qondarma “Qərb Platforması”na qaytarmaq üçün bu yolla ona təzyiq göstərməyə çalışır.