AŞPA-da Azərbaycanla bağlı tədbir keçirilir – FOTO – ƏLAVƏ OLUNUB

0
524

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Toplantı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərSəməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəisi Rövzət Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi Komitəsinin (CEDAW) üzvü Elgün Səfərli, avropalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verilib və onun yüz il əvvəl qadınlara seçkilərdə iştirak hüququ verməsi, ümumiyyətlə, cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyi diqqətə çatdırılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova ölkəmizdə qadın hüquqları, qanunlar və s. haqqında ətraflı məlumat verib.

E.Səfərli Azərbaycanda qadınlarla kişilər arasında bərabərliyin əldə edilməsində əhəmiyyətli rolu olan Azərbaycan ziyalıları, tarixi şəxsiyyətləri haqqında məruzə edib, eyni zamanda ölkəmizdəki gender siyasətindən danışıb.

R.Qasımov Azərbaycanda qadınların seçkilərdəki fəallığı barəsində məlumat verib.

Qonaqlar isə çıxışlarında Azərbaycanda qadın hüquqları sahəsində görülən tədbirləri yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda müsəlman ölkələrində qadın hüquqları ilə bağlı formalaşmış steorotiplərin olduğunu, müsəlman ölkəsi olan Azərbaycanın nümunəvi ölkə olduğunu qeyd ediblər.