AŞPA Azərbaycan ilə Ermənistan arasındakı yüksək səviyyəli görüşləri alqışlayıb

0
188

Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında aparılan yüksək səviyyəli görüşləri alqışlayıb.

Bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç AŞPA-nın payız sessiyasında çıxışı zamanı bildirib.

O, iki ölkə arasında hərbi əsirlərin dəyişdirilməsi prossesini alqışladığını bildirib, bu cür humanitar jestlərin hər zaman alqışlanmalı olduğunu qeyd edib.

O, çıxışında üzv dövlətlərin öz problemərini dinc yollarla həll edilməsinin əhəmiyyətinə toxunub və yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında aparılan yüksək səviyyəli görüşləri yüksək qiymətləndirib.