Artıq “Whatsapp”dan pul qazana biləcəyik!

0
39

“Whatsapp”a yeni gələn xüsusiyyət sayəsində istifadəçilər artıq öz qruplarından pul qazanmaq imkanı əldə edəcəklər.

“WhatsApp”ın beta versiyasında sınaqdan keçirilən yeni funksiya ilə istifadəçilər artıq qurduqları qrupları digər istifadəçilərə sata biləcəklər.

İstifadəçilərə böyütdükləri qrupları başqa insanlara ötürməyə imkan verəcək bu funksiya sayəsində istifadəçilər gəlir qazana biləcəklər.

Beta versiyasının skrinşotlarına görə, qrupun admini icmanı başqa istifadəçiyə köçürmək qərarına gəldikdə, köhnə admin köçürmə prosesi zamanı admin vəzifəsində qalmağa davam edəcək. Yeni menecer transfer prosesini başa vurduqdan sonra köhnə menecerləri idarəçilik vəzifələrindən uzaqlaşdıra biləcək.

Bu proses bütün tərəflər arasında razılaşmalar çərçivəsində həyata keçiriləcək.