Artıq çəkidən azad olmağın ən asan yolu: 3 gün qarpız pəhrizi etsəniz…

0
87

Qarpızın kalorisi azdır, buna görə də bir çox insan bu giləmeyvə vasitəsi ilə artıq çəkidən rahatlıqla azad ola bilər.

Bu haqda məşhur dietoloq Marqarita Koroleva danışıb.

Həkimin sözlərinə görə, qarpız müxtəlif vitaminlərlə, o cümlədən B qrupu, A vitamini, askorbin turşusu və beta-karotinlə zəngindir. Qarpızın tərkibində maqnezium və kalsium mineralları da üstünlük təşkil edir.

Üstəlik, qarpız sidikqovucu və xoleretik xüsusiyyətlərə malikdir, bağırsaq hərəkətliliyini yaxşılaşdırır.

3 günlük qarpız pəhrizi etməklə 3-5 kq artıq çəkidən azad olmaq mümkündür. Bununla yanaşı gündəlik 2 litr su qəbulunu da unutmamalısınız.