Arıqlamağın SADƏ SİRRİ – Dietoloqdan cəmi 1 MƏSLƏHƏT

0
380
Arıqlamağın SADƏ SİRRİ - Dietoloqdan cəmi 1 MƏLƏHƏT

Amerikalı dietoloq Andrea Ovard arıqlamağın sadə sirrini açıqlayıb.

Bu barədə “Eat Thist, Not That!” yazır.

Mütəxəssisin sözlərinə görə, hər gün iki pors tərəvəz yeməklə daha asan arıqlamaq mümkündür:

“Onlar qidalandırıcı maddələrlə zəngin olduqları halda adətən az kalori təşkil edirlər. Bu o deməkdir ki, çox tərəvəz yeməklə insan özünü doydura bilər və eyni zamanda az kalori qəbul etmiş olar. Bundan başqa, tərəvəzlərdə liflər çoxdur. Onlar insanda uzunmüddətli toxluq hissi yaradır”.

Tərəvəz sevməyənlərə isə Ovard onları çiy yox, qızardılmış halda və humusa batırıb yeməyi məsləhət görür. Humus Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb yeməyidir: noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.

Bundan əlavə, tərəvəzləri adi yeməklərin içinə də əlavə etmək olar: burada onların dadı çox bilinməyəcək, effekt isə eyni olacaq.

Qeyd edək ki, digər amerikalı dietoloq Reyçel Pol da rasionu daha balanslı etməyin yolunu açıqlayıb. Onun sözlərinə əsasən, karbohidrat və kalori miqdarını azaltmaq üçün boşqabın yarısını tərəvəzlə doldurmaq kifayətdir. Digər yarısı isə tərkibində zülal və nişastalı karbohidratlar olan məhsullar arasında bölünməlidir.