Rusiylı dietoloq İrina Pisareva arıqlamağa mane olan beş zərərli vərdişi sadalayıb.
Bu barədə o, “Zvezda” telekanalına müsahibəsində danışıb.
Nutrisioloqun sadaladığı vərdişlər bunlardır:
1. Səhər yeməyi yeməmək. Maddələr mübadiləsinin sürətlənməsi barədə düşünmək lazımdır. Bunun üçün səhər yeməyi mütləqdir. Səhər yeməyi insana enerji verərək metabolizmi işə salır.
2. Gecə meyvə yemək. Meyvələri günün birinci yarısında, günorta saat 4 kimi yemək məsləhətdir. Onların tərkibində bitki şəkəri olsa da, bu, yenə də qlükoza, fruktoza, saxarozadır. Bu səbəbdən onları axşam yemək qarında köp yarada və kökəlməyə səbəb ola bilər.
3. Gec yatmaq. Gün ərzində azı 7-8 saat yatmaq sağlamlıq üçün vacibdir. Digər tərəfdən, tez yatdıqda gecə yemək ehtimalı da azalır.
4. Tələsik, çeynəmədən, ayaqüstü yemək. Bu cür yedikdə orqanizm içəri daxil olan qidanı həzm etməyi çatdırmır və insanda doymaq hissi daha gec yaranır.
5. Hərəkətsiz, passiv, oturaq həyat tərzi. Az hərəkət etdikdə insanda maddələr mübadiləsi yavaşlayır və piylənmə prosesi gedir.
Bir sözlə, arıqlamağın ən doğru yolu sağlam qidalanma, düzgün yuxu rejimi və aktiv həyat tərzidir.