Arif Quliyev: “Səhərdən telefonum susmur…”

0
354

Xalq artisti, tanınmış aktyor Arif Quliyev təəssüratlarını bölüşüb.

Aktyor dünən doğum günündə sevincini də gizlətməyib:

“Evdə çox darıxırdım, artıq 65 yaşdan yuxarı insanlara qoyulan qadağa ləğv olunub. Bu, elə doğum günümə hədiyyə oldu. Əslində Aktyorlar Evində tədbir nəzərdə tutulmuşdu, amma karantinə görə kütləvi tədbirlərin keçirilməsinə icazə yoxdur. Başqa bir zamanda doğum günüm qeyd olunacaq. Əsas can sağlığıdlr. Amma səhərdən telefonum susmur, hamı təbrik edir”.

O, zarafatından da qalmayıb

Bir dəfə həkimə getmişdim, başdan-ayağa müayinə etdi. Soruşdum ki, necəyəm, qorxulu bir şey yoxdur ki?Dedi, qorxma, ölənə qədər yaşayacaqsan. Yaş məni qorxutmur, həyata gəliriksə, demək ki, bir gün də getməliyik. Filmdə dediyim kimi, salam, sağol. Əsas odur ki, bu həyatı dərk edəsən, onda heç nə qorxulu olmur”.