Arif Quliyev də orduya yazıldı

0
1010

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Bu barədə açıqlamasında xalq artistinin özü deyib. O bildirib ki, bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdan keçib:

“Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir”.

Xalq artisti koronavirus pandemiyası bitdikdən sonra 70 illik yubileyindən də danışıb:

“Pandemiya bitəndən sonra – oktyabr ayında yubileyimin keçirilməsi nəzərdə tutulub. Bu haqda indiyə kimi heç yerə müraciət etməmişəm. Dövlətimiz sağ olsun, bu vaxta qədər ən ali mükafatlarla təltif olunmuşam. Həmişə diqqətdə saxlayıblar”.

Arif Quliyev Özbəkistandan film təklifi aldığını da bildirib:

“Pandemiyanın bitməsini gözləyirik. Özbəkistandakı çəkilişlər koronavirusa görə təxirə düşmüşdü. Həmin filmdə Tariyel Qasımovla birgə çəkiləcəyik. Hələ ki, gözləyirik”.