Arif Babayevin vəziyyəti necədir? – Oğlundan açıqlama

0
348

4 gün öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevdən xəbər var.

Muğam ifaçısının oğlu bildirib ki, atasının vəziyyətində irəliləyiş var:

“Həkimlər Arif bəyi evə buraxdılar. Söylədilər ki, müalicəsini evdə davam etdirək. Biz də deyilənlərə əməl edirik. Müalicələr davam edir, hazırda vəziyyətində yaxşılığa doğru irəliləyiş hiss olunur. İnşallah daha da yaxşı olacaq”. 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyə müalicə olunurdu.