Arif Alışanovun qardaşına yüksək vəzifə verildi

0
1327

image here

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.
V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.
Qeyd edək ki, Akif Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov Peşəkar və təcrübəli polis zabiti kimi həmişə diqqəti çəkib. Elə son təyinat da bu keyfiyyətə istinadlıdır.
Lakin çox maraqlıdır ki, bu barədə məlumat yayan saytların demək olar hamısı eyni mənbəyə istinad edərək xəbər başlıqlarında qərəzli şəkildə Akif Alışanovun yeni vəzifəyə təyin edilməsini deyil, işdən çıxarılmasını yazırlar.
Elbar Şirinov