Aralıq dənizinin Liviya sahillərində qanunsuz miqrantları daşıyan üç qayığın batması nəticəsində təxminən 130 nəfər həlak olub.
TASS agentliyi xəbər verir ki, bu barədə “SOS Mediterranee” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Qəza yerinə “Ocean Viking” gəmisi göndərilib. Bir neçə saatlıq axtarışlar nəticəsində sağ qalan miqranta rast gəlinməyib.
Qeyd olunur ki, qəza zonasında dalğaların hündürlüyü altı metrə çatıb, bu isə itkin düşənlərin axtarışlarını çətinləşdirib.